ABŞ və İran arasında Hörmüz savaşı davam edir.
Heftelik.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyan edib ki, ABŞ Ordusu 8 iyul tarixində İrana qarşı əlavə hücum həyata keçirib. Bu hücumlar İranın Hörmüz boğazında ticarət gəmiçiliyinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflədib.
Qeyd edilib ki, ABŞ qüvvələri İranın sahil xətti boyunca hava hücumundan müdafiə sistemləri, sahil müşahidə vasitələri, raket və pilotsuz təyyarələrin saxlanma yerləri, dəniz imkanları və hərbi logistika infrastrukturu da daxil olmaqla təxminən 90 İran hərbi hədəfinə zərbə endirib.
Bundan əvvəl CENTCOM 7 iyulda 80 İran hərbi hədəfinə, o cümlədən 60-dan çox İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiçik qayıqlarına zərbə endirdiyi barədə məlumat yaymışdı.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında isə bildirilib ki, ABŞ Ordusunun Küveyt və Bəhreyndəki bazalarının mühüm infrastrukturu və obyektlərinə zərbə endirilib.
Məlumata görə ABŞ-ın İrana hücumundan bir saat sonra Küveytdəki Arifcan və Əli əs-Salim, eləcə də Bəhreyndə Cüfeyr və Şeyx İsada yerləşən ABŞ bazalarının infrastrukturu və mühüm obyektləri raket atəşinə tutulub.
Bəyanatda İranın ABŞ Ordusunun qanunsuzluqlarını cavabsız qoymayacağı, hücumlar təkrarlanacağı təqdirdə bölgədəki digər ABŞ bazalarının da vurulacağı bildirilir.
