“Qarabağ” UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın “Vestri” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq.
