Hörmüz boğazı ABŞ-ın təhdidləri ilə deyil, yalnız İranın müəyyən edəcəyi şərtlərlə açılacaq.

Heftelik.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Qalibaf daha sonra sözlərinə belə davame dib:

“ABŞ hələ zorakılığın və vədləri pozmağın cəzasız qalmayacağını öyrənməyib. Mən bunu açıq şəkildə deyəcəyəm: zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız”.