Lisenziya alan bank müəyyən müddətdə fəaliyyətə başlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bank lisenziya qüvvəyə mindikdən sonra on iki ay ərzində fəaliyyət göstərməzsə, lisenziya ləğv oluna bilər.
Altı ay ərzində depozit qəbul etməyən və ya kredit verməyən banklar da risk altındadır.
Bu norma bankların formal fəaliyyət göstərməsinin qarşısını almağa yönəlib.