“Müəllimlərin İşə Qəbulu üzrə ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib”.

Heftelik.az xəbər verir ki, bu barədə  MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir: “14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək”.