Restrukturizasiya olunmuş aktivlər üzrə müqavilə şərtlərinin dəyişdirilməsi halları müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Müqavilə şərtlərinin dəyişdirilməsi bir neçə formada həyata keçirilə bilər. Bunlardan biri kredit üzrə faiz dərəcəsinin azaldılmasıdır. Əsas borcun və ya hesablanmış faizlərin azaldılması da restrukturizasiya tədbiri hesab olunur. Aktivin ödəniş müddətinin uzadılması mümkün olacaq. Borcalana yeni və ya əlavə güzəşt müddəti verilə bilər. Ödəniş qrafikinin dəyişdirilməsi də nəzərdə tutulan mexanizmlər sırasındadır. Banklar müştərilərə daha əlverişli hüquq və üstünlüklər təqdim edə biləcəklər. Bu dəyişikliklər borcalanın maliyyə çətinliklərinin aradan qaldırılmasına xidmət edir.
