Konqo Demokratik Respublikasında Ebola virusundan laboratoriya təsdiqli ölənlərin sayı son sutka ərzində daha 25 nəfər artaraq 625 nəfərə çatıb.
Heftelik.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV-lə iş üzrə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Ebola virusuna yoluxanların ümumi sayı isə son 24 saatda 33 nəfər artaraq 1 792 nəfər olub.
Bildirilib ki, hazırda xəstəlik üzrə ölüm göstəricisi 34,9 faiz təşkil edir.
Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.
Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.
