İş vaxtından artıq görülən hər saatlıq işə görə əlavə ödəniş edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Bu ödəniş vaxtamuzd sistemdə ən azı ikiqat məbləğdə hesablanır.
Gecə vaxtı və çoxnövbəli iş rejimində çalışanlara da əlavə əməkhaqqı verilir.
Bu əlavələrin konkret məbləği əmək və ya kollektiv müqavilə ilə müəyyən edilir.
