Bank işində istifadə olunmayan daşınmaz əmlakın balansda saxlanılması ilə bağlı yeni məhdudiyyət tətbiq olunub. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Ödənilməmiş borclar müqabilində əldə edilən daşınmaz əmlak iki ildən artıq balansda saxlanıla bilməz. Eyni tələb əvvəllər istifadə olunmuş əsas vəsaitlərə də şamil edilir. Müddətin hesablanması əmlakın istifadə olunmadığı tarixdən başlanır. İki il tamam olduqdan sonra həmin aktivlər balansdan çıxarılmalıdır. Balansdan silinmiş əmlak balansdankənar hesablarda uçota alınacaq. Bu yanaşma bankların daşınmaz əmlak yığmasının qarşısını almağa xidmət edir. Məqsəd bankların əsas fəaliyyət istiqamətlərinə fokuslanmasını təmin etməkdir. Qaydalar aktivlərin daha səmərəli idarə edilməsini hədəfləyir.