“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.
