Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Tərəflərin razılığı ilə maaş ayda iki hissə şəklində verilə bilər.
Əməkhaqqının ödənilməsi günü qeyri-iş gününə düşərsə, ödəniş əvvəlki iş günündə aparılır.
Maaşın gecikdirilməsi halında işçiyə əlavə kompensasiya verilməsi nəzərdə tutulur.