İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə ona minimum təminat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Zay məhsulun işçinin təqsiri olmadan yaranması hallarında əməkhaqqı tam və ya qismən saxlanılır.
Boşdayanma vaxtı barədə işəgötürənə məlumat verilərsə, ödəniş həyata keçirilir.
İşçinin təqsiri ilə yaranan boşdayanma və tam zay məhsula görə isə haqq verilmir.
