Lavrov Tehrana səfər edəcək

13 İyul 2026, 13:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfəri planlaşdırılır.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfəri hazırda planlaşdırılma mərhələsindədir və bununla bağlı müvafiq vaxtda ictimaiyyətə əlavə məlumat veriləcək”, – XİN sözçüsü mətbuat konfransında Lavrovun İrana mümkün səfəri ilə bağlı suala cavab olaraq deyib.