Torpaq əldə etmək istəyən şəxslərin müraciət qaydası qanunla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Hüquqi və fiziki şəxslər bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.
Ərizədə torpağın ölçüsü, yerləşdiyi yer və məqsədli təyinatı göstərilməlidir.
Bələdiyyə müraciətə baxaraq müvafiq qərar qəbul edir.
Qərarın surəti beş iş günü ərzində inzibati nəzarət orqanına göndərilməlidir.