Birgə borcalan qrupları və kredit göstəriciləri ilə bağlı anlayışlar müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Birgə borcalan qrupu qarşılıqlı zaminlik əsasında fəaliyyət göstərən şəxslərdən ibarət olur. Kreditin təminata olan nisbəti KTN əmsalı ilə ifadə edilir. Bu göstərici kredit məbləğinin təminatın bazar dəyərinə nisbətini əks etdirir. Borcun gəlirlərə nisbəti isə BGN əmsalı ilə hesablanır. BGN əmsalı aylıq borc yükünün gəlirlərə nisbətini göstərir. Bu göstəricilər kredit risklərinin qiymətləndirilməsi üçün istifadə olunur. Banklar kredit qərarları qəbul edərkən həmin meyarları nəzərə alırlar. Belə yanaşma borcalanların ödəmə qabiliyyətinin daha düzgün müəyyən edilməsinə imkan verir.
