İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü Vaşinqtona səfər edəcək.
Heftelik.az Ynet-ə istinadən xəbər verir ki, səfərdə məqsəd ABŞ Konqresinin senatoru Lindsi Qrehemin dəfnində iştirak etməkdir.
Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında görüş hələlik planlaşdırılmayıb, lakin danışıqların baş tutacağı gözlənilir.
