İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Heftelik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.

***

saat 17.20

Samuxda zəhərlənmə hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.