İran enerji infrastrukturuna hücum olacağı təqdirdə, Yəməndə husilərə Bab əl-Məndəb boğazını bağlamağı tapşırıb.
Heftelik.az xəbər verir ki, bu barədə Reuters üç anonim mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu fikir İran rəhbərliyi daxilində müzakirə olunub və husilərə çatdırılıb.
İranın bu mesajı husilərə ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturunu vurmaqla hədələməsindən sonra və ya əvvəl çatdırdığı məlum deyil.
Husilərə yaxın bir mənbə isə Bab əl-Məndəb boğazı ətrafına raket və dronlar yerləşdirildiyini, boğazın bağlanması üçün hazırlıqların tamamlandığını və əmr gözlənildiyini bildirib.
