Qanun yaşıllıqların mühafizəsi ilə bağlı əsas fəaliyyət istiqamətlərini də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, mühafizə hüquqi, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsini əhatə edir.
Bu tədbirlər yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişləndirilməsinə yönəldilir.
Qanunda yaşıllıqların salınması və onlara aqrotexniki qulluq göstərilməsi ayrıca fəaliyyət növü kimi göstərilir.
Bitkilərin xəstəlik və zərərvericilərdən qorunması da mühafizə tədbirlərinin tərkib hissəsidir.
