Qanun ictimaiyyətin qərar qəbuletmə prosesində iştirak hüququnu da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
İctimai nəzarəti həyata keçirən şəxslər yaşıllıqların mühafizəsi və inkişafı ilə bağlı qərarların hazırlanmasında iştirak edə biləcəklər.
Onlar bu məsələlərin müzakirələrinə də qoşula biləcəklər.
Eyni zamanda əhali ilə ictimai məsləhətləşmələrin keçirilməsi təşəbbüsü ilə çıxış etmək hüququ veriləcək.
Bu yanaşma ictimai iştirakçılığı gücləndirməyə xidmət edir.