Hazırda həbsdə olan tanınmış hüquqşunas Yaşar Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı Ombudsman Səbinə Əliyevaya, Ədliyyə Nazirinin müavini-Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova və 6 saylı Çəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyeva müraciət edib. Heftelik.az müraciəti təqdim edir:

 

“Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini-Penitensiar Xidmətin rəisi cənab Mirsaleh Seyidova

Surəti: 6 saylı Çəzaçəkmə Müəssisəsinin rəisi cənab Fariz Əliyeva

İsmayıllı Aygün Nizami qızı tərəfindən (ünvan: Bakı şəhəri Şəbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov 3a, mənzil 15, tel: 050 373 35 74, e-mail ismayilliaygun13@gamil.com)

Ərizə (köməklik göstərilməsi barədə)

 

Hörmətli Səbinə xanım!

Həyat yoldaşım Ağazadə Yaşar Vaqif oğlu 6 saylı Cəzaçəkmə Müəssisisəndə cəzasını çəkməkdə davam edir. Lakin yoldaşım 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçən gündən müəssisə rəisi Fariz Əliyevin qərarı əsasında cərimə təcridxanasına salınıb. Müəssisə rəisi bu qərarını heç bir hüquqi əsas və ya intizam pozuntusu olmadan qəbul edib.

Qeyd edək ki, rəis Fariz Əliyev cərimə təcridxanasına keçirilmə barədə qərarını Yaşar Ağazadəyə təqdim etməkdən imtina edib. Bununla da, Yaşar Ağazadə göstərilən qərardan Cəzaların İcrası Məcəlləsinin 109.2-ci maddəsinə əsasən yuxarı orqana və məhkəməyə şikayət vermək hüququndan məhrum edilib.

Bundan başqa, Yaşar Ağazadə ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilibdir. Qanunvericiliyə əsasən məhkəmə yeni müəssisəyə köçürüldüyü gün ailə üzvləri ilə telefon əlaqəsi saxlanması üçün şərait yaradılmalıdır.

Bundan başqa, Yaşar Ağazadə 02 iyul 2026-cı ildən bu günədək cərimə təcridxanasına (karsa) salınıb. Artıq 16 gündür həyat yoldaşım Ağazadə Yaşar Vaqif oğlundan heç bir xəbər ala bilmirəm. Onun telefon danışıqları və görüş hüququ məhdudlaşdırılıb. Onu da qeyd edim ki, artıq 16 gündür Yaşar Ağazadə rastlaşdığı haqsızlıqlara görə quru aclıq edir.

Hörmətli Səbinə xanım!

Həyat yoldaşımın həyat və sağlamlığı təhlükədədir. Sizdən bir bacı, bir vətəndaş olaraq xahiş edirəm ki, tabeliyinizdə olan əməkdaşlardan Ağazadə Yaşar Vaqif oğluna yerində başçəkməyə göndərəsiniz.

 

Hörmətli Səbinə xanım!

Sizə dəfələrlə yoldaşımın həyat və sağlamlığının təhlükədə olması barədə müraciətlər etmişəm. Ümid edirəm bu müraciətimi cavabsız qoymayacaqsınız. Sizə dərin təşəkkürümü bildirirəm.

Bütün bu olanlarla bağlı Penitensiar Xidmət rəisi cənab Mirsaleh Seyidovun xəbəri var. Mən özüm şəxsən 09 iyul 2026-cı ildə Penitensiar Xidmət rəisi cənab Mirsaleh Seyidovun qəbulunda olmuşam və bütün olanları ona şəxsən özüm demişəm. Amma qəbuldan 1 həftə keçməsinə baxmayaraq yoldaşım hələ də, cərimə təcridxanasındadır və quru aclığı da, davam edir.

6 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə təcridxanası və Yaşar Ağazadənin saxlanıldığı kamera cərimə təcridxanası və kameralar üçün müəyyən edilmiş standartlara cavab vermir. Kameralarda həyat davam etmək mövcud deyil, oradakı bütün əşyaların istismar müddəti bitib, havalandırma və təbii işıqlandırma mövcud deyil, kamerada antisanitariya vəziyyəti hökm sürür, kameranın döşəməsi tamamilə rütbətlidir, kamerada yaşayış sahəsi cəzaların icrası məcəlləsinə nəzərdə tutulan 4 kvm. normasına uyğun deyil, kameralarda yataq yerinin sayından artıq məhkum saxlanıldığı üçün məhkumların yerdən yatması halları mövcuddur. Eyni hal 6 saylı Cəzaçəkmə Müəssisəsinin yataqxanalarında da, geniş vüsət alıb. Cərimə təcridxanasına və kameralara baxış keçirilməsi və şəraitin normativlərə cavab verməsi barədə aidiyyəti təşkilatların, o cümlədən Ombudsman Aparatı və Penitensiar Xidmətin baxış aktı mövcud deyil.

Bundan başqa müəssisədə məhkumların qidalanma səviyyəsi aşağıdır və Nazirlər Kabinetinin qərarında əkş olunmuş normalara uyğun deyil. Yeməklər olduqca keyfiyyətsiz formada bişirilir. Yemək bişirilməsi üçün istifadə edən ətin və yağın mənşəyi məlum deyil. Ərzaqlar üzərində Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri təmin edilməyib və ərzaq məhsullarının keyfiyyət sertifikatı mövcud deyil. Ərzaq anbarında antisanitar vəziyyət hökm sürür.

Müəssisə əməkdaşlarının məhkumlarla davranışı olduqca sərtdir. Müəssisəyə yeni daxil olan və cərimə təcridxanasında saxlanılan məhkumların döyülməsi halları geniş yayılıb. Axtarış-baxış ləyaqəti alçaldan formada həyata keçirilir.

Yaşar Ağazadə başda Siz olmaqla, Azərbayca Respublikasının Ədliyyə Nazir cənab Fərid Əhmədovu, Penitensiar Xidmətin rəisi cənab Mirsaleh Seyidovu və aidiyyəti digər şəxsləri Cərimə Təcridxanasında yerində baxış keçirməyə çağırır.

 

Hörmətlə, Aygün İsmayıllı

17 iyul 2026-cı il”