Şagirdlərin istedad və yaradıcılıq qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Ümumi təhsil sistemində məktəbdənkənar təhsil proqramları tətbiq olunacaq.
Bu proqramlar yaradıcılıq və inkişaf mərkəzlərində, ekologiya və turizm mərkəzlərində, idman və şahmat məktəblərində həyata keçiriləcək.
Məktəbdənkənar təhsil ümumi təhsil müəssisələrində də təşkil edilə biləcək.

