Dövlət və bələdiyyə torpaqlarının nizamnamə fonduna verilməsi xüsusi qaydalarla həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Bu torpaqların istifadəsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr müəyyən edir.
Nizamnamə fonduna verilmiş torpaq sahələri üzrə müqavilələr qanunvericiliyin tələblərinə uyğun bağlanır.
Mülkiyyət münasibətləri də müvafiq hüquqi aktlarla tənzimlənir.
