Qanun yaşıllıqlar haqqında məlumatların açıqlanmasını da nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr uçot və monitorinq məlumatlarını kadastrı aparan quruma təqdim edəcəklər.
Toplanmış məlumatlar həmin qurumun rəsmi internet səhifəsində yerləşdiriləcək.
Yaşıllıqların uçotu və monitorinqi növlər üzrə ayrıca aparılacaq.
Bu, məlumatların daha dəqiq və şəffaf şəkildə idarə olunmasına imkan verəcək.
