“Həmin şəkil həqiqətən inanılmazdır. O vaxt Yamal körpə idi və mən onunla şəkil çəkdirmişdim”.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ulduz futbolçu Leo Messi illər öncə Lamin Yamalla çəkilmiş foto haqda FIFA-nın təşkil etdiyi “Fan Fest” tədbirində danışarkən deyib.
Messi gənc futbolçunun potensialını yüksək qiymətləndirib: “Həyat çox qəribədir, indi onunla dünya çempionatının finalında bir-birimizə qarşı oynamağa hazırlaşırıq. Cəmi 19 yaşında olmasına baxmayaraq, artıq dünyanın aparıcı oyunçularından biridir.
Qarşıda onu uzun karyera və tarixi uğurlar qazanmaq imkanı gözləyir. Amma ümid edirəm ki, bu, hələlik finalda baş verməyəcək. Yamala ən xoş arzularımı bildirirəm, çünki o, uğurlu olarsa, “Barselona” da bundan faydalanacaq. Amma finalda onun ən yaxşı oyununu göstərməsinə imkan verməməyə çalışacağıq. Baxmayaraq ki, bunu etmək çox çətin olacaq”.
Qeyd edək ki, Messinin Lamin Yamalla sözügedən görüntüləri tez-tez gündəmə gəlir.
Xatırladaq ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları arasındaki görüş iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

