İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Yaxın Şərqə yeni hərbi texnika göndərməsini tənqid edərək Vaşinqtonun bəyanatları ilə atdığı addımların bir-birinə zidd olduğunu bildirib.
Heftelik.az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirir və bunun müharibəni dayandırmaq məqsədi daşıdığını iddia edirlər. Onlar zənn edirlər ki, bizim kəşfiyyatımız onların intellekti qədər zəifdir”, – deyə Qalibaf qeyd edib.
İran parlamentinin sədrinin sözlərinə görə, Tehran artıq ABŞ-ın bu cür addımlarını düzgün qiymətləndirmək üçün kifayət qədər təcrübə qazanıb.
“Biz ABŞ-ın bu oyunlarını tanımaq mərhələsinə çatmışıq və buna uyğun şəkildə hazırlaşmışıq. İddiaları təsdiqləyən hərəkətlər olmalıdır, onlara zidd olan yox”, – deyə o vurğulayıb.
