Qanun ictimai nəzarət iştirakçılarının müraciət hüququnu da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Onlar yaşıllıqların zədələnməsi və ya məhv edilməsi halları ilə bağlı aidiyyəti qurumlar qarşısında vəsatət qaldıra biləcəklər.
Bu hüquq şəhərlərdə və digər yaşayış məntəqələrində baş verən qanun pozuntularına şamil olunur.
Müraciətlər müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə ünvanlana biləcək.
Məqsəd qanunsuz müdaxilələrin qarşısını almaqdır.
