Qanunda torpaq bazarında iştirak edən obyekt və subyektlərin siyahısı göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Xüsusi mülkiyyətdə olan torpaqlar, bəzi bələdiyyə torpaqları və istifadə hüquqları bazarın obyekti hesab olunur.
Bazarın subyektləri dövlət, bələdiyyələr, hüquqi və fiziki şəxslər, həmçinin qanunla müəyyən edilən hallarda əcnəbilərdir.
Onlar qanunvericiliklə nəzərdə tutulan hüquq və səlahiyyətlər çərçivəsində əqdlər bağlaya bilərlər.
