Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alan “VAZ 2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

***

20 iyul,  saat 21.42

Salyanda yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

***

20 iyul, saat 19.04

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

“Toyota” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.