Bakıda gənc oğlan müəmmalı şəraitdə vəfat edib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.

Belə ki, iyulun 23-ü saat 02 radələrində 2007-ci il təvəllüdlü İbrahim Rəvan oğlu Hacızadənin meyiti yaşadığı “V” yaşayış sahəsindəki evdə yaxınları tərəfindən aşkar edilib.

İ.Hacızadənin paytaxtdakı universitetlərdən birinin 3-cü kurs tələbəsi olduğu bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.