Qanunda sinifdənxaric və məktəbdənkənar tədbirlərin məqsədi də müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Bu tədbirlər şagirdlərin əlavə bilik və bacarıqlar qazanmasına şərait yaradır.
Onlar həm də dünyagörüşünün genişlənməsinə və asudə vaxtın səmərəli təşkilinə xidmət edir.
Tədbirlər məktəbdə və ya məktəbdənkənar məkanlarda keçirilə bilər.
