ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə mülki nüvə əməkdaşlığına dair sazişin yalnız Ər-Riyadın “İbrahim Razılaşmaları”na qoşulacağı halda təsdiqlənəcəyini bildirib.
Heftelik.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında yalnız hərbi məqsədlər üçün deyil, İran, BƏƏ və digər ölkələrdə olduğu kimi mülki istifadəni nəzərdə tutan nüvə sazişi (materialın zənginləşdirilməsi olmayacaq) təsdiqlənəcək. Lakin bu, tamamilə Səudiyyə Ərəbistanının böyük hörmət qazanan və uğurlu ‘İbrahim Razılaşmaları’na qoşulmasından asılıdır”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton mülki məqsədli, zənginləşdirilmə aparılmayan nüvə obyektlərinin yaradılmasına qarşı deyil.
