Qanunda ümumi təhsil proqramlarının tətbiqi ilə bağlı yeni imkanlar nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Ümumi təhsil fənləri dövlət proqramları əsasında tədris olunacaq.
Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi kurikulumlar həyata keçiriləcək.
Zəruri maddi-texniki baza olduqda beynəlxalq təhsil proqramlarının tətbiqinə də icazə veriləcək.
