Dövlət və bələdiyyələrin torpaq bazarında iştirak qaydası qanunla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Dövlət adından bazarda səlahiyyətli icra hakimiyyəti orqanları çıxış edir.
Bələdiyyələr isə qanunvericiliklə verilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərirlər.
Vətəndaşlar və hüquqi şəxslər alıcı, satıcı, mülkiyyətçi, istifadəçi və digər tərəf kimi iştirak edə bilərlər.
