Torpaq bazarının təşkili dövlət siyasətinin əsas prinsipləri əsasında həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Torpaq əqdlərinin dövlət qeydiyyatı məcburi xarakter daşıyır.
Bazar iştirakçıları üçün məlumat əldə edilməsində hüquq bərabərliyi təmin edilir.
Eyni zamanda torpaq inhisarçılığının yaranmasına yol verilməməsi əsas prinsiplərdən biri kimi göstərilib.