Bakının Yasamal rayonunda yerləşən “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atılması ilə bağlı iddialar yayılıb. Klinikadan verilən açıqlamada isə iddiaların əsassız olduğu, körpənin rəsmi qaydada valideynlərə dəfn olunması üçün təhvil verildiyi bildirilib.

“Vital Hospital”da körpə ölümü – Zirzəmiyə atılıb? – VİDEO – YENİLƏNİB

Heftelik.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisənin təfərrüatları ilə bağlı bu dəfə ölü doğulan körpənin atası danışıb.

O bildirib ki, ginekoloq Çinarə Gülməmmədova yayılan videolardan birində uşağın görüntülərdə çəkilən yerdən verildiyini etiraf edib.

Qeyd edək ki, həkim-ginekoloq Çinarə Gülməmmədova açıqlamasında pasiyent Fərqanə Kərimovanı yalnız ayın 17-si – əməliyyat günü “Vital” klinikada gördüyünü bildirib.

Şikayətçi tərəf də “Vital” klinikasına ilk dəfə müraciət etdiklərini deyiblər. Lakin ata bildirib ki, Çinarə Gülməmmədova hamilə Fərqanə Kərimovanı yanvar ayından Nəsrəddin Tusi adına klinikada qəbul edib, müayinə və müalicə aparıb.

O bununla bağlı yazışmalarını və müayinə sənədlərini də təqdim edib.

Daha ətraflı “Xəzər TV”nin süjetində: