Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törədib.

Heftelik.az APA-ya istinadla xəbər verir ki, hadisə shər saatlarında qeydə alınıb.

2011-ci il təvəllüdlü Ə. İ. anasına məxsus “Çanqan” markalı avtombili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırparaq qəza törədib. Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.