Azərbaycanda azyaşlıda ağır parazitar xəstəlik – ağciyər exinokoku aşkarlanıb.
Heftelik.az  xəbər verir ki, bu barədə uşaq cərrahı Nigar Babayeva məlumat paylaşıb.
Onun sözlərinə görə, azyaşlı klinikaya ağır vəziyyətdə müraciət edib. Müayinələr zamanı uşağın ağciyərində exinokokk (qurd kisəsi) olduğu müəyyən edilib və o, cərrahi əməliyyata alınıb.
Həkim bildirib ki, xəstəliyə səbəb kimi uşağın həyətlərində olan it və pişiklərlə yaxın təmasda olması ehtimal edilir.
“Uşaq “ağciyər exinokokku” diaqnozu ilə klinikamıza daxil olmuşdu. Bu, çox ağır xəstəlikdir. Analar, övladlarınızı qoruyun”, – deyə N.Babayeva qeyd edib.