Prezident İlham Əliyev Milix Yevdayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Heftelik.az xəbər verir ki, Milix Yevdayev Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Milix Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.
