Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
