Çobanın meyiti tapıldı

27 İyul 2026, 10:03

Samuxda çobanın meyiti tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə  rayon ərazisində yerləşən yataqlardan birində qeydə alınıb.

Belə ki, Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.