Təhsildə yüksək nəticə göstərən şagirdlər üçün həvəsləndirmə mexanizmi müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişan alacaqlar.

Təltif qaydası səlahiyyətli dövlət qurumu tərəfindən müəyyən ediləcək.

Bu yanaşma yüksək akademik nəticələrin təşviqinə xidmət edir.