ABŞ Prezidenti Donald Tramp İsrailin Türkiyəyə F-35 qırıcılarının satılmasına qarşı olması barədə iddialara münasibət bildirib.

Heftelik.az xəbər verir ki, Donald Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğunu vurğulayaraq deyib: “Türkiyə möhtəşəm müttəfiq olub. Heç kim mənə nəyi satmalı, nəyi isə satmamalı olduğumuzu diktə edə bilməz”.