Tanınmış jurnalist Ramilə Qurbanlı “Bravo” supermarketlər şəbəkəsindən narazılıq edib.
Heftelik.az  xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, marketdən sifariş etdiyi bəzi məhsullar fərqli gəlib. R.Qurbanlı xüsusilə aldığı qarpızın xarab çıxdığını qeyd edərək marketi tənqid edib.
“Bu gün Lökbatanda yerləşən “Bravo”dan aldığımız qarpızı kəsməklə evimizin eko-sistemi pozuldu. Bilirlər ki, bu iylənmiş qarpızı heç kim qoltuğuna vurub, suyu axa-axa, marketə qaytarmayacaq… Sadəcə ayıb olsun!”, – deyə o vurğulayıb.