Ağdam rayonu, Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Heftelik.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.