Sertifikatlaşdırmanın nəticələri müəllimlərin əmək fəaliyyətinə birbaşa təsir göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Sertifikatlaşdırmadan uğurla keçən müəllimlər beş il pedaqoji fəaliyyət hüququ əldə edirlər.
Üzrlü səbəbdən iştirak etməyən şəxslərə təkrar imtahan imkanı verilir.
Bu zaman onların iş yeri bir il müddətində saxlanılır.
Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri qanunvericiliyə uyğun tənzimlənir.
Əmək münasibətlərində Əmək Məcəlləsinin tələbləri tətbiq edilir.
Bu mexanizm müəllimlərin peşə hazırlığının davamlı qiymətləndirilməsinə xidmət edir.
