UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “KuPS” – “Sabah” matçı keçirilib.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda “Sabah” 2:0 hesablı qələbəyə sevinib.
Qolları Velko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirin III təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubunu iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən mübarizədən kənarlaşdıran “Sabah” ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.
“Sabah” həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.
