Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” adlı layihə uğurla yekunlaşıb.

Heftelik.az xəbər verir ki, 3 ay ərzində həyata keçirilmiş layihə çərçivəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda təşkilinə, həmçinin yapon ekoloji və şəhərsalma mədəniyyətinin Azərbaycanda təbliğinə dair ictimai müsahibə təşkil edilib, bundan əlavə, yapon ekoloji mədəniyyətinin Azərbaycanda təbliğinə həsr edilmiş analitik yazılar hazırlanıb və mediada geniş işıqlandırılıb, Bakının 2 orta məktəbində layihənin mövzusuna uyğun ekoloji dərslər keçirilib.

Qeyd edilənlərlə yanaşı, layihədə nəzərədə tutulmuş fəaliyyətlər və ekoloji mədəniyyətin ölkəmizdə təşviqi mövzusu ilə bağlı sosial mediada təbliğat aparılıb.