Yaponiyanın cənubundakı Kyuşu adasında yerləşən Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.
Heftelik.az xəbər verir ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntılara yol açan zəlzələdən sonra sunami təhlükəsi elan olunub. Yaponiya hökuməti Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturaları üçün fövqəladə vəziyyət xəbərdarlığı yayıb.
NHK telekanalının məlumatına görə, zəlzələ nəticəsində 50 nəfərdən çox xəsarət alana var. Hazırda hadisə bölgəsində axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.
Qeyd edək ki, zəlzələ nəticəsində tikintisinı 1467-ci ildə başlanılan tarixi Kumamoto qalasının divarları da uçub.
