Türkiyənin Ordu vilayətinin Altınordu Bələdiyyəsinin sədri Ulaş Tepe və CHP-ni təmsil edən bələdiyyə məclisi üzvləri partiyadan ayrıldıqlarını açıqlayıb.
Heftelik.az xəbər verir ki, Ulaş Tepe bu qərarın Cümhuriyyətçi və Atatürkçü siyasi xəttlərinə təsir etməyəcəyini bildirib.
Qeyd edək ki, sabiq CHP sədri Özgür Özəl və 91 millət vəkilinin partiyadan ayrılaraq Yeni Partiyanı yaratmasından sonra istefalar davam edir. Son məlumata görə, artıq 200-dən çox bələdiyyə sədri CHP-dən ayrılaraq Yeni Partiyaya keçib.
